Bank Of Baku

«NBCBank» daha bir regional filial açıb

«NBCBank» daha bir regional filial açıb
# 27 yanvar 2009 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) Sumqayıt filialı fəaliyyətə başlayıb.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Sumqayıt şəhəri, Heydər Əliyev küçəsi,22/54 ünvanında yerləşir. Filial vasitəsi ilə müştərilər bütün bank xidmətləri, o cümlədən hesabların açılması, depozitlərin qəbulu, biznes və avtomobil kreditlərinin verilməsi, plastik kartlarla iş və sürətli pulköçürmə əməliyyatları həyata keçirə bilərlər. Qeyd edək ki, bununla da bankın filiallarının sayı 7-yə çatıb.
Bankdan həmçinin bildirib ki, üç illik strateji planına (2008-2010-ci illər) əsasən, daha 4 filialın açılması nəzərdə tutulub.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişdirib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 39,832 mln. manat, kredit portfeli 34,158 mln. manat, depozit portfeli 5,351 mln. manat, məcmu kapitalı 14,652 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR