Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının artırılması sentyabrında başa çatdırılacaq

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının artırılması sentyabrında başa çatdırılacaq
# 27 yanvar 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) nizamnamə kapitalının 2 dəfə artırılması ilə bağlı 100 mln. manat həcmində elan etdiyi əlavə səhm emissiyasının ödənilməsi prosesinin 2009-cu ilin sentyabrında başa çatdırılacağı gözlənilir.
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq əlavə səhm emissiyasının 93,046 mln. manatı yerləşdirilib. Bank əsas səhmdarı olan Maliyyə Nazirliyi (dövlətin təmsilçisi) də artıq öz payına düşən məbləği ödəyib. Qalan məbləğin (6,954 mln. manat) ödənilməsi isə bu ilin sentyabrınadək həyata keçiriləcək və bununla da bankın nizamnamə kapitalı 200 mln. manat çatdırılacaq.
Qeyd edək ki, ABB-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə ötən ilin sentyabr ayında başlanılıb.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR