Bank Of Baku

Azərbaycan büdcəsinin sekvestri dövlət qiymətli kağızlarının emissiyası hesabına təxirə salına bilər

Azərbaycan büdcəsinin sekvestri dövlət qiymətli kağızlarının emissiyası hesabına təxirə salına bilər
# 27 yanvar 2009 13:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, neftin qiyməti həmin səviyyədə olduğu halda, Rusiya hökuməti tərəfindən hazırlanan dövlət büdcəsinin kəsiri 3 trln. rubl təşkil edəcək və qiymət azalacağı təqdirdə kəsir daha da artacaq. Məsələn, neftin 1 bareli 32 dollara qədər ucuzlaşacağı halda büdcə kəsiri 4 trln. rubla çata bilər. Bununla da Rusiya artıq neftin ucuzlaşması prosesinə reaksiya verib.
Bundan başqa, Fars körfəzi bölgəsinin neft ixrac edən ölkələri son illərdə ilk dəfə olaraq büdcə kəsiri ilə üzləşib ki, bu da dövlət xərclərinin həcminə təsir edir. Ən iri neft-qaz ixracatçısı olan Norveç iqtisadi böhrana qarşı nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən deyil, Neft Fondunun vəsaitlərindən istifadə etməyi planlaşdırır. Bundan əlavə, OPEC üzvləri neft qiymətinin düşməsindən narahat olaraq, kartel tərəfindən neft hasilatının daha da azaldılması barədə düşünür. Göründüyü kimi, neft ixracat edən ölkələr dövlət xərclərinin maliyyələşdirilməsi sahəsində ciddi problemlərlə üzləşib.
Belə olan halda, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin neftin baza qiymətinin 70 dollar/barel səviyyəsində təsdiq etməsi və xərclər üzrə maddələrin digər mənbələrdən yardım olmadan icrası sual altına alınır. Belə ki, büdcə kəsirini özündə əks etdirən ilk əlamətlər artıq üzə çıxır. Ötən həftə Maliyyə Nazirliyi birdən-birə dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə üç yerləşdirmə elan edib. Təklifin məcmu həcmi 46 mln. manat olub. Müqayisə üçün qeyd edək ki, hazırda dövriyyədə olan DQİ-lərin nominal üzrə həcmi 35 buraxılış üzrə 210 mln. manata bərabərdir. Beləliklə, Maliyyə Nazirliyi dövriyyədə olan 35 buraxılış üzrə həcmin 1/5 hissəsindən artıq ekvivalentdə üç buraxılış çərçivəsində istiqraz yerləşdirmək niyyətindədir.
Xatırladaq ki, DQİ emissiyaları dövlət büdcəsinin kəsirini örtmək məqsədi ilə həyata keçirilir və daxili borcalma alətidir. Bazara bu cür təklif isə büdcənin cari kəsirinin planlaşdırılan səviyyədən artıq olmasından xəbər verir. Lakin hələlik Azərbaycanda büdcənin sekvestrini gözləməyə dəyməz, hətta hökumət bu addıma ümumiyyətlə əl atmaya bilər. Yəni, xərclərin azaldılması deyil yox, kəsirin artmasına yol verilməsi mümkündür. Kəsirin ödənilməsi üçün isə dövdət daxili maliyyə bazarının imkanlarından istifadə edə bilər. Qeyd edək ki, DQİ bazarının real və potensial iştirakçılarının investisiya imkanları bazarın faktiki kapitallaşmasının hazırkı səviyyəsini dəfələrlə üstələyir. Lakin bunun üçün emitent DQİ-lər üzrə gəlirliyi artırılmalıdır, çünki indiki faiz dərəcələri (illik 5-9%) investorları qane etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR