Bank Of Baku

«Bank Respublika» ötən il aktivlərini 53% artırıb

«Bank Respublika» ötən il aktivlərini 53% artırıb
# 27 yanvar 2009 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin yanvar ayının 1-nə 387,875 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 53,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 21,8% genişlənərək 135,816 mln. manata, kredit portfeli 63,4% artaraq 260,367 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 37,3% artaraq 87,357 mln. manata çatıb. Eyni zamanda, bankın məcmu kapitalı 83% artaraq 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 79,5% artaraq 22,580 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri 91,5% artaraq 59,080 mln. manata, xərcləri isə 95% artaraq 46,904 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 78,6% artaraq 12,175 mln. manat, xalis mənfəəti isə 83% artaraq 9,583 mln. manat təşkil edib.
Həmçinin, bu müddət ərzində bank əlavə 7 filial açıb, 11 bankomat və 104 POS-terminal quraşdırıb. İl ərzində bankın işçilərinin sayı 26,6% artaraq cari ilin əvvəlinə 481 nəfər təşkil edib.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın «DEG İnvestisiya» şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahibdir. Hazırda bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR