Bank Of Baku

Azərbaycandakı lizinq təşkilatlarının lizinq portfelinin artım tempinə görə renkinqi

Azərbaycandakı lizinq təşkilatlarının lizinq portfelinin artım tempinə görə renkinqi
# 27 yanvar 2009 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «APA-Economics» Azərbaycanda ilk dəfə olaraq maliyyə sektorunun subyektlərinin göstəriciləri üzrə renkinqlərin hazırlanması çərçivəsində yeni layihəyə start verib. Bu ildən etibarən «APA-Economics» ölkədə fəaliyyət göstərən lizinq təşkilatlarının müxtəlif maliyyə göstəriciləri üzrə rüblük renkinqlər tərtib edəcək.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin (2009-cu il yanvar ayının 1-nə) artım tempi barədə (2007-ci ilə nisbətən)
məlumat verilir:

Lizinq təşkilatları

Artım (%)


1

AGLeasing

326,0

2

Texnika Leasing

67,4

3

UniLeasing

54,4

4

AtaLeasing

40,5

5

Parex Leasing & Factoring

19,1

6

Joint Leasing

9,2

7

Nikoil Leasing

-


* «Nikoil Leasing» şirkəti 2007-ci ilin sonunda fəaliyyətə başlayıb.

Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında portfelin artım tempinə görə «AGLeasing» şirkəti (4,3 dəfə) liderlik edir. Sonrakı yerlərdə isə «Texnika Leasing» və «UniLeasing» şirkətləri qərarlaşıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR