Bank Of Baku

«Bank of Baku» sabahdan yeni kredit kampaniyasına başlayır

«Bank of Baku» sabahdan yeni kredit kampaniyasına başlayır
# 27 yanvar 2009 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) yanvar ayının 28-dən etibarən «Nağd Pul» kredit kampaniyasına başlayır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Nağd Pul» kredit kampaniyası təhsil və tibb işçilərinə 6 ay müddətinə 1 000 ABŞ dollarınadək məbləğdə nağd pul şəklində kredit almaq imkanı verir. Kredit üzrə faiz dərəcəsi illik 18% və ya 6 ay müddətinə 9% təşkil edir.
Kreditin alınması üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.
Qeyd edək ki, «Nağd Pul» kredit kampaniyası bankın «15 il Boyunca Qazan» əmanət kampaniyası və «Nümunəvi Müştəri» uduş kampaniyası ilə yanaşı müştərilərə təqdim etdiyi artıq üçüncü məhsuludur.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» kimi fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR