Bank Of Baku

«Zamin Bank» ötən il mənfəətini təxminən 5 dəfə azaldıb

«Zamin Bank» ötən il mənfəətini təxminən 5 dəfə azaldıb
# 28 yanvar 2009 06:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 135,577 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 47,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 95% genişlənərək 45,731 mln. manata, kredit portfeli 54,4% artaraq 75,293 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 4,8% artaraq 12,890 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 11,195 mln. manat olub.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 87% artaraq 20,553 mln. manata, xərcləri isə 97% artaraq 20,421 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti təxminən 5 dəfə azalaraq 132 min manat, xalis mənfəəti isə 4,9 dəfə azalaraq 103 min manat təşkil edib.
Bu müddət ərzində bank əlavə 1 bankomat və 1 230 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın respublika üzrə 22 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 21 bankomatı və 1 810 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR