Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (2009-cu il yanvar ayının 1-nə) dəyərinin artım tempi (2007-ci ilin yekunlarına nisbətən) barədə məlumat verilir:
Lizinq şirkətləri | Avadanlıqların dəyərinin artımı (%) | Müqavilələr üzrə artım (%) | |
1 | AGLeasing | 244,0 | 212,0 |
2 | UniLeasing | 95,6 | 102,0 |
3 | AtaLeasing | 47,6 | 24,0 |
4 | Parex Leasing & Factoring | 35,7 | 48,5 |
5 | Texnika Leasing | 33,3 | 153,0 |
6 | Joint Leasing | - 6,8 | 20,4 |
7 | Nikoil Leasing * | - | - |
* «Nikoil Leasing» şirkəti 2007-ci ilin sonuında fəaliyyətə başlayıb
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında lizinqə verilən avadanlıqların dəyərinin artım tempinə görə «AGLeasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin ötən il ərzində lizinqə verdiyi avadanlıqların dəyəri 3,4 dəfə (244%) artıb. İlk üçlüyə həmçinin «UniLeasing» və «AtaLeasing» şirkətləri daxildir. «Joint Leasing» şirkəti isə bu müddət ərzində lizinqə verdiyi avadanlıqların dəyərini 6,8% azaldaraq cədvəldə yalnız 6-cı yerdə qərarlaşıb.
Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin il ərzində artım tempi haqqında məlumat verilir. Bu sırada da ilk yeri «AGLeasing» şirkəti tutub. İl ərzində bu şirkətin bağladığı lizinq müqavilələrinin sayı 3,1 dəfə (212%) artıb.
Cədvəldən göründüyü ki, «AGLeasing» şirkətindən başqa, «Texnika Leasing» və «UniLeasing» şirkətlərinin müqavilələr üzrə artım tempi iki dəfədən çox olub.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.