Bank Of Baku

Bu il Azərbaycanda sahibkarlara 120 mln. manat güzəştli kredit ayrılacaq

Bu il Azərbaycanda sahibkarlara 120 mln. manat güzəştli kredit ayrılacaq
# 28 yanvar 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2009-cu il ərzində sahibkarlığın inkişafına 120 mln. manat həcmində güzəştli kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktorunun vəzifələrini icra edən Şirzad Abdullayev bildirib.
Ş.Abdullayevin sözlərinə görə, əgər 2006-2007-ci illərdə sahibkarlara ümumilikdə 90 mln. manat həcmində vəsait ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 80 mln. manata çatıb: «Bu il isə Fond tərəfindən sahibkarlara 120 mln. manat məbləğində kreditlərin verilməsi planlaşdırılır. Bunun 80 mln. manatı dövlət büdcəsi, digər hissəsi isə əvvəllər verilən kreditlərin geri qaytarılması hesabına ayrılacaq».
Ş.Abdullayev həmçinin vurğulayıb ki, kreditlərin verilməsində kənd təsərrüfatı, turizm, xalq sənətinin inkişafı, səhiyyə, İKT və qeyri-neft sektorunun digər sahələri prioritet sayılır.
Qeyd edək ki, artıq dövlət büdcəsindən SKMF-a sahibkarlığın inkişafına 2009-cu il üçün ilk tranş - 37 mln. manat ayrılıb.
Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR