Bank Of Baku

AGBI indeksi 1,0081, ANBDI indeksi isə 1,0002 təşkil edib

AGBI indeksi 1,0081, ANBDI indeksi isə 1,0002 təşkil edib
# 28 yanvar 2009 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 28-nə 0,0078 bənd və ya 0,78% artaraq 1,0081 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0002 təşkil edib.
Yanvarın 27-də DQİ bazarında 10106820S seriyalı buraxılış üzrə 10 mln. manat həcmində ödəniş aparılıb. Eyni zamanda, 10500422S seriyalı buraxılış üzrə 1 083 200 manat, 10100222S seriyalı buraxılış üzrə isə 9 902 400 manat miqdarında əlavə yerləşdirmələr keçirilib. Beləliklə, dövriyyəyə 10 985 600 manatlıq DQİ buraxılıb ki, bu da ödənişin həcmindən 985,6 min manat çoxdur. Bu müsbət fərq yanvarın 28-də AGBI indeksinin artmasında əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR