Bank Of Baku

Azərbaycan bank sistemində kreditlərin xüsusi çəkisi kritik həddə çatıb

Azərbaycan bank sistemində kreditlərin xüsusi çəkisi kritik həddə çatıb
# 28 yanvar 2009 08:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin strukturunda kreditlərin xüsusi çəkisi 2009-cu ilin yanvarın 1-nə 68% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, aparılan hesablamalara əsasən, ötən ilin əvvəlinə bu göstərici 67,7%-ə bərabər olub. Beləliklə, kreditlərin aktivlərdə payı son bir ildə demək olar ki, dəyişməz qalıb.
Eyni zamanda, 2008-ci il ərzində bu göstərici 1-2% civarında dəyişib, lakin 70% həddini keçməyib. Qeyd edək ki, bank praktikasında kreditlərin aktivlərdə xüsusi çəkisi 70%-dən artıq olması bank sistemi üçün artıq təhlükəli səviyyə sayılır. Belə olan təqdirdə aydınlaşır ki, bank sisteminin subyektləri klassik kreditləşmədən başqa digər aktiv əməliyyatlara maraq göstərmir. Kreditlərdən başqa aktivlərin strukturunda nağd vəsaitlər (dekabrın 1-nə aktivlərdə xüsusi çəkisi 4,8% təşkil edib), müxbir hesablar (8,2%), maliyyə sektoruna verilmiş kredit və depozitlər (4,7%), investisiyalar (7,9%) və digər aktivlər (8,6%) var. Beləliklə, birbaşa gəlir gətirən aktiv əməliyyatlarla bağlı olmayan kateqoriyalara aktivlərin 22%-ə yaxın hissəsi aiddir. Gəlir gətirən aktiv əməliyyatlardan olan kreditləşmə və investisiyaların nisbəti təxminən 9:1-ə təşkil edir. Bununla yanaşı nəzərə alınmalıdır ki, investisiyaların əksər hissəsi qısamüddətli qiymətli kağızlara yönəldilir. Nəticədə, bank sistemində kreditlərin aktivlərdə xüsusi çəkisi və ümumilikdə aktivlər strukturunda müxtəlif bölmələrin nisbəti təhlükəli səviyyəyə yaxınlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR