Bank Of Baku

«Parabank» ötən il ərzində aktivlərini 59% artırıb

«Parabank» ötən il ərzində aktivlərini 59% artırıb
# 28 yanvar 2009 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 65,552 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 58,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 94% genişlənərək 35,905 mln. manat, kredit portfeli 95% artaraq 42,317 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3 dəfə azalaraq 5,073 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 0,1% artaraq 12,353 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,2% artaraq 10,070 mln. manata çatıb.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 69,7% artaraq 10,116 mln. manat, xərcləri isə 2 dəfə artaraq 10,931 mln. manat olub. Nəticədə, 2007-ci ili 523 min manat mənfəətlə başa vuran «Parabank» 2008-ci ildə 815 min manat zərərlə üzləşib.
Bu müddət ərzində bank tərəfindən əlavə 4 filial açılıb, 4 bankomat və 100 POS-terminal quraşdırılıb. İl ərzində bankın işçilərini sayı 37,4% artaraq 301 nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 12 filialı, 9 bankomatı və 143 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR