Bank Of Baku

«Xalq Sığorta» nizamnamə kapitalını iki dəfə artırır

«Xalq Sığorta» nizamnamə kapitalını iki dəfə artırır
# 28 yanvar 2009 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7,39 mln. ədəd, emissiyanın ümumi həcmi isə 14,78 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Xalq Sığorta»nın artıq fevral ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 29,56 mln. manata çatacaq.
Qeyd edək ki, «Xalq Sığorta» şirkəti Azərbaycanın sığorta bazarında 2005-ci ildən fəaliyyət göstərir. Bu ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 14,78 mln. manat təşkil edib. Şirkətin Sumqayıt və Gəncə şəhərlərində filialları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR