Bank Of Baku

«UniBank»ın baş ofisi yaxın aylarda yeni binaya köçəcək

«UniBank»ın baş ofisi yaxın aylarda yeni binaya köçəcək
# 28 yanvar 2009 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommmersiya Bankı (SKB) bu ilin birinci yarısında yeni baş ofisə köçəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın 11 mərtəbəli yeni binası («UniPlaza») Bakı şəhəri R.Behbudov küçəsi,384-cü məhəllə ünvanında inşa olunur.
Binanın bütün mərtəbələrinin ümumi sahəsi 6 min kv. metrdən çoxdur. Yeni binanın birinci mərtəbəsində özəl və korporativ şəxslərə, ikinci mərtəbəsində isə VİP müştərilərə xidmət göstəriləcək. Qalan mərtəbələrdə bankın digər xidmət şöbələri və departamentləri yerləşəcək.
Bina bank texnologiyalarının son nailiyyətlərinə müvafiq təchiz olunub, burada anbar, depozitari, hər bir mərtəbədə danışıqların aparılması və müşavirələrin keçirilməsi üçün otaqlar və böyük konfrans zalı nəzərdə tutulub.
Qeyd edək ki, binan tikintisinə nəzarət «Currie and Brown» şirkəti tərəfindən həyata keçirilib.
Xatırladaq ki, hazırda bankın baş ofisi Bakı şəhəri, R.Behbudov küçəsi,57 ünvanında yerləşir. Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR