Bank Of Baku

«Gəncəbank» nizamnamə kapitalını 50% artırır

«Gəncəbank» nizamnamə kapitalını 50% artırır
# 28 yanvar 2009 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Gəncəbank» Səhmdar Kommersiya Bankının adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 250 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Gəncəbank»ın artıq fevral ayında səhmlərinin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 50% artaraq 15 mln. manata çatacaq.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır (baş ofisi Gəncə şəhərində yerləşir). Bankın respublika üzrə 3 filialı (Gəncə, Kəpəz, Şəmkir), 3 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 30 916,38 min manat, kredit portfeli 24 863,37 min manat, depozit portfeli 2 366,3 min manat, məcmu kapitalı 11 207,34 min manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR