Bank Of Baku

«FINCA Azerbaijan» ötən il kredit portfelini 51% genişləndirib

«FINCA Azerbaijan» ötən il kredit portfelini 51% genişləndirib
# 28 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 66,731 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 51% çoxdur.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 33,994 mln. dolları qruplar üzrə, 32,738 mln. dolları isə fərdi qaydada verilib.
Z.Nurməmmədovun sözlərinə görə, ötən ilin əvvəli ilə müqayisədə qruplar üzrə maliyyələşdirmədə 49%, fərdi kreditlər üzrə isə 52,5% artım müşahidə olunub.
Həmçinin, təşkilatın ötən il ərzində müştərilərinin sayı 13% artaraq 83 817 nəfər təşkil edib ki, bunun da 62 881 nəfəri qrup, 20 936 nəfəri isə fərdi müştərilərdir.
Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kredit üzrə isə 2-3%-lə verir.
Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR