Bank Of Baku

Azərbaycan dünya maliyyə bazarlarında kəskin ucuzlaşan səhmləri ala bilər

Azərbaycan dünya maliyyə bazarlarında kəskin ucuzlaşan səhmləri ala bilər
# 28 yanvar 2009 14:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına əsasən, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov investisiya siyasətində aparılacaq dəyişikliyin korporativ qiymətli kağızlara yönəldilən investisiyalara aid olacağını vurğulayıb. İcraçı direktor hesab edir ki, Fondun konservativ investisiya strategiyası hesabına dünya maliyyə böhranı ARDNF-in investisiyalarına mənfi təsir etməyib, çünki Fondun vəsaitlərinin çox kiçik bir hissəsi dünya bazarlarında səhmlərdə yerləşdirilib. Ş.Mövsümovun sözlərinə görə, Fondun vəsaitlərinin yalnız 0,02%-i səhmlərdə, əsas hissəsi isə borc öhdəliklərində, o cümlədən suveren borc öhdəliklərində yerləşdirilib.
Hazırda maliyyə böhranın nəticəsində bir sıra iri şirkətlərin səhmləri dünya bazarlarında kəskin ucuzlaşıb. Lakin onların strateji əhəmiyyətini nəzərə alaraq, həmin ölkələrin hökumətləri tərəfindən bu şirkətlərin müflisləşməsi az ehtimal olunandır. Buna nəzərə alaraq, Ş.Mövsumov ARDNF-in vəsaitinin qismən bu şirkətlərin səhmlərinin alınmasına istiqamətləndiriləcəyini istisna etməyib. Fondun səhmlərə investisiya yatırması məsələsi artıq bir neçə ildir gündəmdə olsa da, 2007-ci ilin ortalarında ABŞ-da fond bazarında böhran əlamətləri üzə çıxandan sonra bu proses təxirə salınıb və hazırda investisiya strategiyasına yenidən baxıla bilər. Lakin sərmayə yatırımlarının yalnız böhran səngiyəndən sonra reallaşması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR