Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 4,3 dəfə artırıb

Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 4,3 dəfə artırıb
# 28 yanvar 2009 14:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ş.Mövsümovun sözlərinə görə, ötən il ARDNF-in büdcə gəlirləri 11 864,7 mln. manat, xərcləri isə 4 291,8 mln. manat olub. Fondun büdcəsinin gəlirləri 17% artıqlaması ilə, xərc hissəsi isə 2% qənaətlə yerinə yetirilib.
Ötən il ərzində Fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 633,5 mln. manat, o cümlədən mənfəət neftinin satışından 11 527 mln. manat, akrhesabı ödənişlərdən 3,6 mln. manat, bonus ödənişlərindən 2,8 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,7 mln. manat, Bakı-Tiflis-Ceyhan (BTC) layihəsi üzrə dividendlərdən 97,2 mln. manat, tranzit haqlarından 0,2 mln. manat təşkil edib. ARDNF-in vəsaitlərin idarə olunmasından gəlirləri isə 231,2 mln. manat olub.
Xərclərdə isə 145 mln. manat məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 120,6 mln. manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 211,8 mln. manat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, 3 800 mln. manat dövlət büdcəsinə transfer, 5,3 mln. manat Bakı-Tiflis-Qars dəmir yolunun, 2,3 mln. manat Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 6,8 mln. manat olub.
Fond hesabat dövründə 26 mln. manat mənfəət vergisi ödəyib, həmçinin valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədən kənar xərcləri 652,6 mln. manat, vəsaitlərin idarə edilməsi üzrə orta çəkili gəlirlilik 3,79% təşkil edib.
Ş.Mövsümovun sözlərinə görə, ARDNF-in vəsaitlərinin 52,67%-i ABŞ dolları, 42,95%-i avro, 4,38%-i isə ingilis funt-sterlinqində saxlanılır.
«İnvestisia portfelinin tərkibi 93,79% qiymətli kağızlarda, 1,8% qısamüddətli kommersiya kağızları, 3,5% depozitlər və pul bazarı alətləri, 0,91% bank hesablarında yerləşdirilib», - deyə Ş.Mövsümov bildirib.
ARDNF-in saxladığı istiqrazların kredit reytinqi üzrə bölgüsünə gəlincə, AAA reytinqli kağızlar 89,19%, AA reytinqli 4,78%, A reytinqli 6,02% olub. Vəsaitlərin 33,41%-i 1 ilədək, 60,66%-i 1-3 il, 5,5%-i 3-5 il müddətinə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR