Bank Of Baku

Azərbaycan hökuməti Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlərlə əməkdaşlıq məsələsinə yenidən baxacaq

Azərbaycan hökuməti Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlərlə əməkdaşlıq məsələsinə yenidən baxacaq
# 28 yanvar 2009 15:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərdən gəlirliyi 2008-ci ildə demək olar ki, olmayıb. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, hökumət xarici menecerlərlə əməkdaşlıq məsələsinə bu il baxmağı planlaşdırır: «Xarici menecerlər bunu dünya bazarlarında baş verən böhranla əlaqələndirir».
Ş.Mövsümovun sözlərinə görə, ötən il ARDNF-in vəsaitlərinin idarə edilməsindən orta illik gəlirliyi 3,79% təşkil edib və 300 mln. dollara yaxın mənfəət əldə olunub.
Qeyd edək ki, hazırda ARDNF-in xarici menecerlərə idarəetməyə verdiyi vəsait 240 mln. dollar, o cümlədən Dünya Bankına idarəetməyə verilən məbləğ 120 mln. dollar təşkil edir.
Xatırladaq ki, ARDNF-in ümumi gəlirliyi 2006-cı ildə 4,24%, 2007-ci ildə 4,49% olub. Son üç ildə məzənnə dəyişikliyi nəzərə alınmadan fondun orta illik gəlirliyi 4,17% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR