Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta tərkibinə dəyişiklik ediləcək

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta tərkibinə dəyişiklik ediləcək
# 28 yanvar 2009 15:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta kompozisiyasına dəyişikliklərin edilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, artıq bununla bağlı təkliflər var və hökumətdə müzakirə olunur. ARDNF rəsmisi dəyişikliyin hansı formada olacağını isə konkretləşdirməyib.
Qeyd edək ki, ARDNF-in vəsaitlərinin 52,67%-i ABŞ dolları, 42,95%-i avro, 4,38%-i isə ingilis funt-sterlinqində saxlanılır.
Cari il yanvarın 1-nə ARDNF-in aktivlərinin ümumi həcmi 8 986,7 mln. manat (11 219,2 mln. ABŞ dolları) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR