Bank Of Baku

Azərbaycanın 2009-cu il dövlət büdcəsinə dəyişikliklər bu ilin ortalarında və ya sonuna yaxın edilə bilər

Azərbaycanın 2009-cu il dövlət büdcəsinə dəyişikliklər bu ilin ortalarında və ya sonuna yaxın edilə bilər
# 28 yanvar 2009 15:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Beynəlxalq birjalarda neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanın 2009-cu il dövlət büdcəsinə müəyyən dəyişikliklər edilə bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF ) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, neftin qiyməti gəlirlərə təsir göstərir: «Dəyişikliklər cari ilin ortaları və ya sonuna yaxın edilə bilər. Hazırda belə bir məsələ gündəlikdə yoxdur».
Qeyd edək ki, 2009-cu ildə büdcə gəlirləri neftin baza qiyməti 70 dollar/barel səviyyəsində hesablanıb.
ARDNF-in 2008-ci ildə büdcə gəlirləri 11 864,7 mln. manat, xərcləri isə 4 291,8 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR