Bank Of Baku

«Debut Bank»ın depozit portfeli ötən il 51% azalıb

«Debut Bank»ın depozit portfeli ötən il 51% azalıb
# 29 yanvar 2009 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bakının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 31,505 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 2,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 50,5% azalaraq 918 min manat, kredit portfeli 1% artaraq 27,202 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 6,4% azalaraq 1,693 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 0,5% azalaraq 10 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,4% artaraq 8,750 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri 23,6% artaraq 4,794 mln. manata, xərcləri isə 21% artaraq 4,780 mln. manata çatıb. Nəticədə, 2008-ci ildə bankın mənfəəti 14 min manat təşkil edib, halbuki 2007-ci ili «Debut Bank» 83 min zərərlə başa vurub.
Bu müddət ərzində bank əlavə 1 mübadilə məntəqəsi açıb, həmçinin 5 POS-terminal quraşdırıb. İl ərzində bankın işçilərinin sayı 0,9% artaraq 110 nəfər, orta aylıq əmək haqqı isə 33,3% artaraq 200 manat olub.
Xatırladaq ki, təsisçisi bir neçə fiziki şəxs olan «Debut Bank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 7 filialı, 31 mübadilə məntəqəsi, 7 bankomatı və 85 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR