Bank Of Baku

«Gəncəbank» ötən il aktivlərini 20% artırıb

«Gəncəbank» ötən il aktivlərini 20% artırıb
# 29 yanvar 2009 07:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 30,916 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 20% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 21,5% azalaraq 2,366 mln. manat, kredit portfeli 5,4% artaraq 24,863 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13,4% azalaraq 7,303 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 0,4% artaraq 11,207 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri 42,2% artaraq 5,692 mln. manata, xərcləri isə 36,6% artaraq 4,787 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 81,7% artaraq 905 min manat olub. Bu müddət ərzində bank əlavə 1 filial açıb, 14 POS-terminal quraşdırıb. İl ərzində bankın işçilərinin sayı 1,4% artaraq 72 nəfər, orta aylıq əmək haqqı isə 50% artaraq 729 manat olub.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır. Bankın baş ofisdən əlavə respublika üzrə 4 filialı, 3 bankomatı və 14 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR