Bank Of Baku

Azərbaycan Milli Bankı uçot dərəcəsini 5%-ə endirib

Azərbaycan Milli Bankı uçot dərəcəsini 5%-ə endirib
# 29 yanvar 2009 07:02 (UTC +04:00)
Həmçinin, faiz dəhlizinin yuxarı həddi 13%-dən 10%-dək azaldılıb. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları 6%-dən 3%-ə endirilib.
Mərkəzi bankdan bildirilib ki, qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində AMB 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq ölkədə makroiqtisadi tarazlığın, maliyyə sektorunun sabitliyinin və iqtisadi aktivliyin qorunmasına dəstək vermək üçün pul siyasətinin yumşaldılmasını davam etdirir. Həmçinin, ölkədə rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması üçün məzənnə siyasətinin çevikliyini daha da artırmaq məqsədilə mövcud bivalyuta səbəti mexanizminin struktur parametrlərinin modifikasiyası həyata keçirilib.
Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər mövcuddur. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır.
AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR