Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8943 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8943 təşkil edib
# 29 yanvar 2009 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 29-na 0,0078 bənd və ya 0,77% azalaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1059 bənd və ya 10,59% azalaraq 0,8943 təşkil edib.
Yanvarın 28-də notlar bazarında 50105219S seriyalı olan buraxılışın 31,9 mln. manat həcmində ödəniş, əvəzində 50100421S seriyalı olan buraxılışın 20 mln. manat həcmində yerləşdirilməsi keçirilib. Nəticədə, bazarın kapitallaşmasının azalması ANBDI indeksinin kəskin azalmasında əksini tapıb. AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR