Bank Of Baku

Azərbaycanda əmanətlərin artım tempi passivlərdən xeyli geri qalır

Azərbaycanda əmanətlərin artım tempi passivlərdən xeyli geri qalır
# 29 yanvar 2009 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilən əhalinin əmanətlərinin məcmu passivlərdə xüsusi çəkisi 2009-cu ilin yanvar ayının 1-nə 18,5% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin əvvəlində bu göstərici 21,8%-ə bərabər olub və nəticədə, son bir il ərzində əmanətlərin passivlərdə payı 3,3 faiz bəndi və ya 15,1% azalıb.
Qeyd edək ki, əmanətlərin həcmi ötən il ərzində 435,3 mln. manat və ya 29,7% artaraq yanvarın 1-nə 1 903,7 mln. manata çatıb. Passivlər isə il ərzində 52,8% artaraq 10 273,5 mln. manata bərabər olub. Göründüyü kimi, əmanətlərin artım tempi passivlərdən xeyli geri qalır.
Aydındır ki, bank sisteminin əsas göstəricilərindən biri olan əhalinin əmanətlərinin həcminin artması çox müsbət haldır. Lakin əmanətlərin passivlərdə xüsusi çəkisi Azərbaycanda hələ də dünya praktikasında olan norma və göstəricilərdən aşağıdır. Qeyd edək ki, dünya praktikasında əmanətlərin passivlərdə payının hər hansı konkret norması olmasa da, bu göstəricinin 30%-dən az olmaması bank sistemində fiziki şəxslərin sağlam iştirakı göstəricisi kimi qiymətləndirilir. Ümumilikdə, əmanətlərin passivlərdə böyük paya malik olması bankların uzunmüddətli resurs bazasının geniş olduğunu göstərir, çünki əmanətlərin əsas hissəsi tələb olunanadək deyil, müddətli vəsaitlərin payına düşür.
Bundan başqa, əmanətlərin miqdarının çoxluğu bankların likvidliyin idarə edilməsində mühüm rol oynayır, çünki bankların cəlb etdiyi və yerləşdirdiyi vəsaitlərin məbləğ və müddət baxımından tarazlaşdırılması bu prosesin əsas tələblərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR