Bank Of Baku

Asiya İnkişaf Bankının məsləhətçiləri Bakıda səfərdədir

Asiya İnkişaf Bankının məsləhətçiləri Bakıda səfərdədir
# 29 yanvar 2009 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə məsləhətçiləri Bakıda səfərdədir.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bankın CAREC üzrə mütəxəssisləri Robertino Makalde və Cerri Vellensin səfərinin əsas məqsədi Proqramda iştirak edən dövlətlərdə ticarətin inkişafına yardım prosesində gömrük və digər orqanların potensialının gücləndirməsi üçün bazanın yaradılmasıdır. İki gün davam edəcək səfər çərçivəsində AİB-in məsləhətçiləri Azərbaycanın Nəqliyyat və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi, Azərbaycan Yol Yükdaşımaları Assosiasiyası (ABADA) və bir sıra digər qurumlarda görüşlər keçirəcək.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR