Bank Of Baku

Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub

Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub
# 29 yanvar 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də iştirak edib.
DGK sədri binada gömrük əməkdaşlarının fəaliyyəti və vətəndaşlar üçün yaradılmış şəraitlə tanış olub. Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq binada «bir pəncərə» sisteminin tətbiqi üçün müvafiq şərait yaradılıb: «Əvvəllər vətəndaşların sənədlərin rəsmiləşdirilməsi üçün bir neçə saat vaxt lazım olduğu halda, indi bu məsələ 20-25 dəqiqəyə həll olunacaq».
V.Novruzov onu da qeyd edib ki, vətəndaşlar sənədlərini rəsmiləşdirmək üçün hətta bura gəlmədən sənədləri elektron formada da təqdim edə bilərlər. Binada ödənişlərin aparılması üçün POS-terminallar da quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR