Bank Of Baku

Ötən il Azərbaycanda məcmu bank aktivləri 54% artıb

Ötən il Azərbaycanda məcmu bank aktivləri 54% artıb
# 29 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 10 273,46 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 54,3% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivlərinin strukturunda əsas yeri 6 816,85 mln. manata bərabər olan müştərilərə verilən kreditlər (xüsusi çəkisi - 66,35%) tutub. Qeyd edək ki, 2008-ci ilin əvvəlində kreditlərin aktivlərdə xüsusi çəkisi 65,33% olub.
Müştərilərə verilən kreditlərdən başqa, aktivlərin strukturunda müxbir hesablar 959,52 mln. manat (9,34%), investisiyalar 795,77 mln. manat (7,75%), nağd pullar 460,58 mln. manat (4,48%), maliyyə sektoruna verilən kreditlər 414,82 mln. manat (4,04%) və digər aktivlər 825,92 mln. manat (8,04%) təşkil edib.
Cari ilin yanvarın 1-nə bank passivlərinin 83,41%-i öhdəliklərin payına düşüb ki, bu da mütləq ifadədə 8 568,59 mln. manatdır. Öhdəliklərin 39,47%-i və ya 4 055,09 mln. manatı depozitlərin payına düşür. Eyni zamanda, maliyyə sektorundan alınan kredit və depozitlərin həcmi 3 265,37 mln. manat təşkil edib ki, bu da öhdəliklərin 31,78%-nə bərabərdir.
Məcmu bank kapitalının həcmi 2009-cu ilin əvvəlinə 1 704,87 mln. manat təşkil edib ki, bu da passivlərin 16,59%-i deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR