Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı martda keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı martda  keçiriləcək
# 30 yanvar 2009 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayında Bakıda «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı keçiriləcək.
«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda səhmdarlar tərəfindən şirkətin ləğv olunması ilə bağlı konkret qərarın verilməsi və ya lisenziya müddətinin uzadılması məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, sonuncu iclas ötən ilin dekabr ayının 1-də Tehranda (İran) keçirilib və yığıncaqda konkret qərar qəbul edilməyib.
Qeyd edək ki, 2007-ci ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar.
Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir və indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR