Bank Of Baku

Azərbaycan bank sistemində ROA əmsalı azalır

Azərbaycan bank sistemində ROA əmsalı azalır
# 30 yanvar 2009 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2008-ci il üzrə məcmu aktivlərinin gəlirlik əmsalı (ROA) 2,2% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz bəndi azalıb. Eyni zamanda, Azərbaycanda ROA əmsalı Rusiya və Qazaxıstan kimi inkişaf etmiş bank sistemləri ilə müqayisədə üstündür.
Ötən il ərzində ROA əmsalının rüblük göstəriciləri onun IV rübdə 0,6 faiz bəndi azalmasını əks etdirir ki, bu da həmin dövrdə bank əməliyyatlarının gəlirliyinin azalması və aktivlərin artmasının nəticəsi ilə bağlı ola bilər. Lakin qeyd etmək lazımdır ki, reallıqda vəziyyət tam əksinə olub: IV rüb ərzində bankların mənfəətinin artım tempi aktivlərin artım tempini üstələyib.
Bankların ROA əmsalının 2,2% səviyyəsində olması aktivlərin hər 1 manatın 2,2 qəpik həcmində mənfəət gətirdiyini göstərir. Dünya praktikası baxımından, bu rəqəm qənaətbəxş hesab olunsa da, Azərbaycanda faiz dərəcələrinin dünya maliyyə bazarları və banklarının analoji göstəricilərini dəfələrlə üstələməsi ROA əmsalın eyni səviyyədə artması ilə nəticələnməli idi. Lakin bu baş vermir və əsas səbəb Azərbaycandakı bankların xərclərinin yüksək olması ilə bağlıdır. Belə ki, banklarımız 2008-ci ildə 246,03 mln. manat mənfəət əldə etdiyi halda, onun strukturunda faiz gəlirləri 975,2 mln. manat, faiz xərcləri 442,5 mln. manat, qeyri-faiz gəlirləri 283,9 mln. manat, qeyri-faiz xərcləri isə 357,8 mln. manata bərabər olub. Yəni, faiz əməliyyatları üzrə gəlirlərin 45%-i faiz əməliyyatları üzrə xərclərin və qeyri-faiz xərclərinin bir hissəsinin ödənilməsinə yönəldilir, çünki qeyri-faiz əməliyyatları üzrə gəlirlər xərclərin ödənilməsinə kifayət etmir. Nəticədə, ümumi bank xərcləri gəlirlərin 63,4%-nin örtülməsinə yetərlidir. Bundan əlavə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların həcmi də yüksək dərəcədədir (gəlirlərin təxminən 17%-i bura istiqamətlənir). Məhz bu amillər nəticəsində bankların gəlirliyi və ardınca ROA əmsalı potensial səviyyədən aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR