Bank Of Baku

Azərbaycan bank sistemində qeyri-standart aktivlərin həcmi azalıb

Azərbaycan bank sistemində qeyri-standart aktivlərin həcmi azalıb
# 30 yanvar 2009 09:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının qeyri-standart aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 387,74 mln. manat təşkil edib ki, bu da standart və qeyri-standart aktivlərinin ümumi həcminin 4,4%-nə bərabərdir. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin əvvəli ilə müqayisədə 2,4 faiz bəndi və ya 35% azdır. Qeyd edək ki, xüsusi çəkinin azalması ilə yanaşı il ərzində qeyri-standart aktivlərinin mütləq həcmi də 1,71 mln. manat azalıb.
Cari ilin əvvəlinə qeyri-standart aktivlərin strukturunda əsas hissə təhlükəli aktivlərin payına düşür. Belə ki, göstərilən həcmdən 151,34 mln. manat və ya qeyri-standart aktivlərinin 39%-i təhlükəli, 139,17 mln. manatı və ya 36%-i qeyri-qənaətbəxş və 97,23 mln. manatı və ya 25%-i ümidsiz aktivlərdir.
Qeyd edək ki, ötən il ərzində qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin azalması nəticəsində ümumi aktivlərin sağlamlaşması ilə yanaşı qeyri-standart aktivlərin tərkibində əksinə, qeyri-sağlaşma əlamətləri müşahidə olunub. Belə ki, əgər ötən ilin əvvəlində təhlükəli aktivlərin həcmi 72,63 mln. manat və ya xüsusi çəkisi 19% təşkil etmişdirsə, cari ilin yanvarın 1-nə bu göstəricilər 2,1 dəfə artıb. Eyni zamanda, qeyri-qənaətbəxş kreditlərin həcmi 41% azalıb, xüsusi çəkisi isə 60%-dən 36%-ə düşüb. Ümidsiz aktivlərin həcmi isə il ərzində 14,69 mln. manat, xüsusi çəkisi isə 4 faiz bəndi artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR