Bank Of Baku

Ötən il Azərbaycanın gömrük orqanlarında 80 nəfər işdən azad olunub

Ötən il Azərbaycanın gömrük orqanlarında 80 nəfər işdən azad olunub
# 30 yanvar 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Dövlət Gömrük Komitəsinin (DGK) 165 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub və 80 nəfər işindən azad olunub. «APA-Economics»in məlumatına görə, bu barədə DGK sədri Aydın Əliyev məlumat verib.
«Bunlardan bəziləri işlərindəki nöqsanlara görə azad olunublar. Öz ərizələri ilə işdən çıxanlar başa düşürlər ki, bugünkü tələblərlə uyğunlaşa bilmirlər», - deyə A.Əliyev vurğulayıb.
DGK sədri gömrük əməkdaşları arasında intizamsızların, bəzi əməkdaşların isə peşə səviyyəsində problemlər olduğunu qeyd edib. Bu problemin komitə rəhbərliyinin diqqətində olduğunu və aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanın gömrük orqanlarında 2 500 nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR