Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsində bu il Risklərin İdarə olunması Mərkəzi yaradılacaq

Azərbaycan Dövlət Gömrük Komitəsində bu il Risklərin İdarə olunması Mərkəzi yaradılacaq
# 30 yanvar 2009 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Risklərin İdarə olunması Mərkəzinin yaradılması prosesi başa çatdırılacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə DGK sədri Aydın Əliyev məlumat verib.
A.Əliyevin sözlərinə görə, bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunacaq. Mərkəzdə çalışan gömrükçülər risk analizlərini, qaçaqmalçılıqla mübarizə sahəsindəki vəziyyəti təhlil edərək müvafiq işlər görəcəklər.
Qeyd edək ki, ötən il DGK tərəfindən 4 208 hüquqpozma faktı aşkar olunub, 64 fakt üzrə 356,3 kq narkotik vasitələr və 4 204 ədəd müxtəlif növ psixotrop maddə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR