Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
# 30 yanvar 2009 11:42 (UTC +04:00)
Ötən il gömrük sektorunda bir sıra yeniliklərin baş verdiyini deyən komitə sədri hesabat dövründə Mərkəzi Gömrük Hospitalının istifadəyə verildiyini, maddi-texniki təchizatın yüksəldiyini, 2009-cu il yanvarın 1-dən «bir pəncərə» sisteminin tətbiq olunduğunu qeyd edib.
DGK sədrinin birinci müavini Səfər Mehdiyev isə bildirib ki, DGK tərəfindən ötən il ərzində idxal-ixrac əməliyyatlarından gömrük vergi və rüsumları formasında 1 110,4 mln. manat həcmində vəsait toplanaraq dövlət büdcəsinə köçürülməklə illik proqnoza 100,03% əməl olunub. Bu da 2007-ci il ilə müqayisədə 338,3 mln. manat və ya 43,3% çoxdur.
Hesabat dövründə dövlət büdcəsinə köçürülən gömrük ödənişlərinin strukturunda əlavə dəyər vergisi 775,23 mln. manat, gömrük rüsumları 238,65 mln. manat, aksiz vergisi 91,15 mln. manat və yol vergisi 5,35 mln. manat təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə ƏDV üzrə daxilolmalar 44,9%, gömrük rüsumları 48,9%, aksiz vergisi 26%, yol vergisi isə 23,8% artıb.
«Aparılan hesablamalar zamanı məlum olub ki, gömrük vergi və rüsumlarının həcminin ilbəil artımı əsasən vergitutma bazası olan idxalın artımı hesabına deyil, gömrük nəzarətinin təkmilləşdirilməsi, qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, habelə maliyyə intizamının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə edilib», - deyə S.Mehdiyev qeyd edib.
S.Mehdiyev onu da bildirib ki, 2008-ci illə müqayisədə 2009-cu il üçün DGK-nın büdcə proqnozu əlavə dəyər vergisi üzrə 145 mln. manat, gömrük rüsumları üzrə 36,2 mln. manat, aksiz vergisi üzrə 8 mln. manat, yol vergisi üzrə isə 0,8 mln. manat çox müəyyənləşdirilib.
Daha sonra DGK-nın idarə rəhbərlərinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bu gün DGK əməkdaşları peşə bayramlarını qeyd edir. Bu münasibətlə DGK mərkəzi aparatının əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR