«APA-Economics»in Maliyyə Nazirliyinin təcili məlumatları əsasında apardığı araşdırmaya görə, şirkətlər arasında toplanmış sığorta haqlarının həcminə görə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti liderlik edir. Belə ki, şirkətin ötən il ərzində topladığı sığorta haqlarının həcmi 21,81 mln. manat təşkil edib. Nəticədə, «Azərsığorta»nın məcmu sığorta daxilolmalarının strukturunda xüsusi çəkisi 12,2%-ə bərabər olub.
İlk üçlüyə həmçinin «MBASK» (18,55 mln. manat və ya 10,35%) və «Atəşgah Sığorta» (16,35 mln. manat və ya 9,1%) şirkətləri daxildir. Bu üç şirkətin sığorta daxilolmalarının ümumi həcmi toplanan məcmu sığorta haqlarının 31,63%-nə bərabərdir.
Qeyd edək ki, ölkədəki mövcud 28 sığorta təşkilatından 24-nün topladığı sığorta haqlarının məbləği 1 mln. manat səviyyəsindən artıqdır. Şirkətlər sırasında ən az sığorta haqqı isə «Qala Sığorta» şirkəti toplayıb. Bu şirkətin daxilolmalarının həcmi 60 min manat (0,03%) təşkil edib. Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin 2008-ci ildəki daxilolmaları üzrə tərtib etdiyi renkinq göstərilir:
(mln. AZN)
| Sığorta şirkətləri
| Sığorta haqları
|
1 | Azərsığorta | 21,81 |
2 | MBASK | 18,55 |
3 | Atəşgah | 16,35 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 15,44 |
5 | Standard İnsurance | 14,02 |
6 | Azalsığorta | 13,42 |
7 | AzSığorta | 9,59 |
8 | Xalq Sığorta | 8,77 |
9 | Bakı Sığorta | 8,46 |
10 | Paşa Sığorta | 8,44 |
11 | A-Group | 7,75 |
12 | Qarant Sığorta | 7,41 |
13 | AtaSığorta | 3,63 |
14 | Star Alliance | 3,56 |
15 | Azərbaycan Sənaye Sığorta | 3,52 |
16 | Başak-İnam | 3,04 |
17 | Günay Anadolu | 2,28 |
18 | Kavkaz Sığorta | 2,09 |
19 | BE&G | 2,00 |
20 | Era Trans | 1,85 |
21 | AIG Caspian | 1,62 |
22 | Thames İnsurance Group | 1,59 |
23 | Alfa Sığorta | 1,33 |
24 | Azərqarant | 1,06 |
25 | Əmrah Sığorta | 0,56 |
26 | Fidan Sığorta | 0,53 |
27 | Nişan Sığorta | 0,10 |
28 | Qala Sığorta | 0,06 |
Lisenziyası ləğv olunmuş sığortaçılar
| ||
1 | Abşeron Sığorta | 0,32 |
2 | Azər-Asiya | 0,11 |
|
Y E K U N
| 179,26
|