Bank Of Baku

Beynəlxalq Valyuta Fondu istiqraz buraxmağa hazırlaşır

Beynəlxalq Valyuta Fondu istiqraz buraxmağa hazırlaşır
# 30 yanvar 2009 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) təşkilatın tarixində ilk dəfə olaraq əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədi ilə istiqrazların buraxılması məsələsinə baxır. «APA-Economics»in məlumatına görə, bu barədə BVF-nin direktor müavini Con Lipski Davosda keçirilən beynəlxalq iqtisadi forumda məlumat verib.
Eyni zamanda, «Wall Street Journal»ın məlumatına görə, Pakistan, Ukrayna, Macarıstan, İslandiya və Latviyaya ümumilikdə 50 mlrd. dollar həcmində maliyyə yardımının göstərilməsinə dair razılığın olunmasına baxmayaraq, Fondun hələ kifayət qədər vəsaiti var. Lakin Fond onun sərəncamında olan vəsaitləri ikiqat artıraraq 500 mlrd. dollara çatdırmaq niyyətindədir.
C.Lipskinin sözlərinə görə, Fond tərəfindən istiqrazların buraxılması məsələsi texniki işlənmə mərhələsindədir. Bu qiymətli kağızlar bazara deyil, ünvanlı şəkildə mərkəzi banklara və hökumət təşkilatlarına təklif oluna bilər. Fond bu günə kimi borc qiymətli kağızları buraxmayıb və vəsaitlərin əsas mənbəyi üzv ölkələrin ödədiyi üzvlük haqları olub.
Qeyd edək ki, dünya maliyyə və iqtisadi böhranı nəticəsində BVF-yə kömək üçün müraciət edən ölkələrin sayı tədricən artır. Belə olan halda, BVF-nin qiymətli kağızlarına tələbatının olacağı şübhə altındadır. Yəni, bu ideya böhrandan az zərər çəkən ölkələr tərəfindən daha çox zərər çəkmiş dövlətlərə BVF-nin zaminliyi ilə dolayı maliyyə dəstəyi mexanizmi kimi qiymətləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR