Bank Of Baku

«UniBank» ötən il aktivlərini 7% artırıb

«UniBank» ötən il aktivlərini 7% artırıb
# 30 yanvar 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin yanvar ayının 1-nə 417,563 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 7,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 16,5% artaraq 319,247 mln. manata, fiziki şəxslərin depozitləri isə 30,8% genişlənərək 72,031 mln. manata çatıb.
Qeyd edək ki, ötən il bankın gəlirləri 82,5% artaraq 78,443 mln. manat, xərcləri isə 82,3% artaraq 69,379 mln. manat olub. Nəticədə, bankın mənfəəti ötən il 84% artıb və 9,064 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR