Bank Of Baku

Dünya Bankı Azərbaycanın gömrük sahəsində «bir pəncərə» sisteminin tətbiqi üzrə qiymətləndirmənin aparılmasını təklif edir

Dünya Bankı Azərbaycanın gömrük sahəsində «bir pəncərə» sisteminin tətbiqi üzrə qiymətləndirmənin aparılmasını təklif edir
# 30 yanvar 2009 13:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya Bankı Azərbaycanın gömrük keçid məntəqələrində tətbiq olunan «bir pəncərə» sisteminə maraq göstərir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, Dünya Bankı DGK-ya bu çərçivədə müəyyən layihələrin həyata keçirilməsinə köməyini təklif edib. «Dünya Bankı təklif edir ki, mövcud vəziyyətin qiymətləndirilməsi həyata keçirilsin. Bundan sonra, «bir pəncərə» sisteminin təkmilləşdirilməsi ilə bağlı layihələrə yardımlar göstəriləcək», - deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, gömrük sektorunda «bir pəncərə» sisteminin tətbiqinə yanvar ayının 1-dən başlanıb. Hazırda Bakı Baş Gömrük İdarəsi və Hava Nəqliyyatında Gömrük İdarəsində bu sistem tətbiq olunur.
DGK sədri yeni Gömrük Məcəlləsinin qəbulu prosesinin ləngiməsinə də aydınlıq gətirib. A.Əliyevin sözlərinə görə, hazırda sənəd hökumətdaxili proseduralardan keçir: «Sənədə 24 hökumət strukturu rəy verməlidir. Artıq 21 qurumun rəyi alınıb. Ümid edirik ki, yaxın vaxtlarda layihə Nazirlər Kabinetinə və prezident administrasiyasına təqdim olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR