Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi «Elektron audit» sisteminin tətbiqinə hazırlaşır

Azərbaycan Vergilər Nazirliyi «Elektron audit» sisteminin tətbiqinə hazırlaşır
# 30 yanvar 2009 14:22 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi ödəyiciləri üçün «Elektron audit» sistemini tətbiq etmək niyyətindədir. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, dünyada bu sahə üzrə yalnız üç proqram (ACL, IDEA, SESAM) var və bunlar əsasən orta və iri müəssisələrdə tətbiq olunur.
Bu proqramlar elektron şəkildə olan bütün məlumatlar üzrə faylların axtarışı üçün geniş imkanlar təqdim edir. Bu cür proqram təminatları nümunəvi balansların yaradılması, debitor hesabların müddətinin müəyyənləşdirilməsi, lazımi məlumatlar və statistik çıxarışların əldə olunmasında istifadə edilir. Həmin proqramlardan vergi orqanları tərəfindən cərimə sanksiyalarının tətbiqi, vergi və mühasibat uçotunun aparılması, hesabatların hazırlanması və s. sahələrdə istifadə olunur. Bu cür proqram təminatlarının tətbiqi hazırda vergi ödəyicisinin auditinin həyata keçirilməsinə sərf edilən 30 gün müddətini xeyli azaltmağa imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR