Bank Of Baku

Ötən il Azərbaycanda sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» şirkəti liderlik edir

Ötən il Azərbaycanda sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» şirkəti liderlik edir
# 30 yanvar 2009 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ötən il ərzində həyata keçirdikləri sığorta ödənişlərinin həcmi 49,81 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekun göstəricisi ilə müqayisədə 35,5% çoxdur.
«APA-Economics»in Maliyyə Nazirliyinin təcili məlumatları əsasında apardığı araşdırmaya görə, şirkətlər arasında sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti liderlik edir. Belə ki, dövlət şirkətinin ötən il həyata keçirdiyi ödənişlərinin həcmi 12,79 mln. manata bərabər olub və bu, respublika üzrə məcmu ödənişlərin 25,7%-ni təşkil edir.
İlk üçlüyə həmçinin «MBASK» (5,96 mln. manat və ya 12%) və «Standard İnsurance» (4,51 mln. manat və ya 9,1%) sığorta şirkətləri daxildir. Qeyd edək ki, bu üçlüyün sığorta ödənişlərinin həcmi şirkətlər tərəfindən həyata keçirilən ümumi sığorta ödənişlərinin 46,7%-nə bərabərdir.
Həmçinin bildirilir ki, hesabat dövründə ölkədəki iki sığorta şirkəti («Nişan Sığorta» və «Qala Sığorta») heç bir ödəniş aparmayıb. Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib.
Şirkətlər sırasında ən az sığorta ödənişi «Qarant Sığorta» (0,04 mln. manat və ya 0,08%) və «Azalsığorta» (0,03 mln. manat və ya 0,06%) şirkətləri tərəfindən həyata keçirilib. Bu şirkətlərin məcmu sığorta ödənişlərindəki xüsusi çəkisi 0,1%-ə çatmır.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin 2008-ci ildə həyata keçirdikləri ödənişlər üzrə tərtib etdiyi renkinq göstərilir:

 (mln. AZN)


 

Sığorta şirkətləri

 

Sığorta ödənişləri

 

1

Azərsığorta

12,79

2

MBASK

5,96

3

Standard İnsurance

4,51

4

Atəşgah Sığorta

4,44

5

Beynəlxalq Sığorta Şirkəti

4,07

6

A-Group

3,34

7

AzSığorta

2,32

8

Başak-İnam

1,76

9

Xalq Sığorta  

1,60

10

BE&G

1,09

11

Kavkaz Sığorta

1,07

12

Paşa Sığorta

0,94

13

Era Trans

0,88

14

Azərbaycan Sənaye Sığorta

0,87

15

AtaSığorta

0,75

16

Bakı Sığorta

0,73

17

Star Alliance

0,55

18

Alfa Sığorta

0,34

19

Thames İnsurance Group

0,29

20

Fidan Sığorta

0,20

21

AIG Caspian

0,18

22

Günay Anadolu

0,17

23

Azərqarant

0,13

24

Əmrah Sığorta

0,12

25

Qarant Sığorta

0,04

26

Azalsığorta

0,03

27

Qala Sığorta

 -

28

Nişan Sığorta  

 -

Lisenziyası ləğv olunmuş sığortaçılar

 1 

Abşeron Sığorta

0,05

 2

Azər-Asiya

0,59

 

Y  E  K  U  N

49,81

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR