Bank Of Baku

ABŞ-da daha üç bank bağlanıb

ABŞ-da daha üç bank bağlanıb
# 31 yanvar 2009 12:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən gün ABŞ-da daha üç bank təşkilatının bağlanması barədə məlumat yayılıb. «APA-Economics»in «Bloomberg»a istinadən verdiyi məlumata görə, bu, Solt-Leyk-Sitidə yerləşən «MagnetBank», Floridadakı «Ocala» Milli Bankı və Merilenddə yerləşən «Suburban Federal Savings» banklarıdır.
Bu bankların məcmu aktivləri 876,4 mln. dollar, depozit hesablarında olan vəsaitlərin həcmi isə 790 mln. dollar təşkil edir.
Beləliklə, cari ilin əvvəlindən ABŞ-da artıq altı bank bağlanıb. Xatırladaq ki, yanvarda Kaliforniyanın «1st Centennial», İllinoysun «National Bank of Commerce» və Vaşinqton ştatının «Bank of Clark County» bankları bağlanılıb. Ötən il isə ABŞ-da bağlanan bankların sayı 25-ə çatıb ki, bu da 1993-cü ildən ən böyük göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR