Bank Of Baku

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Azərbaycana gəlib

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Azərbaycana gəlib
# 02 fevral 2009 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə yeni təyin olunmuş direktoru Əsəd Alam Azərbaycanda səfərdədir. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
Ofisdən bildirilib ki, bundan öncə Ə.Alam Ermənistan və Gürcüstanda olub, ötən həftənin sonunda isə Bakıya gəlib. Azərbaycana tanışlıq məqsədi ilə səfər edən Ə.Alam ölkə hökumətinə rəsmən təqdim olunacaq.
Qeyd edək ki, Ə.Alam hazırda bu vəzifəni icra edən xanım Donna Dousett-Koirolonu əvəz edəcək. Belə ki, D.Dousett-Koirolo təqaüdə çıxır. Ə.Alam əvvəllər Cənubi Qafqaz sektorunun meneceri vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR