Bank Of Baku

ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb

ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb
# 02 fevral 2009 08:03 (UTC +04:00)
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (U.S. Azeris Network) icraçı direktoru Adil Bağırovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, ölkənin «UMB Bank» tərəfindən təklif olunan ABŞ Azərbaycanlılar Şəbəkəsinin «Platinum Viza» kartı diaspor işinin təkmilləşməsində mühüm rol oynayacaq: “Belə ki, kartın sahibi onu ilk dəfə istifadə etdiyi zaman «UMB Bank» ABŞ Azərbaycanlıları Şəbəkəsinin hesabına 50 dollar köçürəcək. Daha sonra hər dəfə kredit kartı vasitəsilə hesablama apardıqda, məbləğin kiçik bir faizi ABŞ Azərbaycanlıları Şəbəkəsinin hesabına köçürüləcək”.

A.Bağırovun sözlərinə görə, istifadəyə buraxılan kredit kartı Azərbaycan diasporunun maliyyə təməllərini də möhkəmlədəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR