Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin həyat sığortası üzrə daxilolmaları ötən il 55% azalıb

Azərbaycandakı sığorta şirkətlərinin həyat sığortası üzrə daxilolmaları ötən il 55% azalıb
# 02 fevral 2009 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ildə ümumilikdə 179,26 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 21,1% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində sığorta şirkətlərinin həyata keçirdikləri sığorta riskləri üzrə ödənişlərin həcmi 35,5% artaraq 49,81 mln. manata çatıb.
Sığorta haqlarının strukturunda həyat sığortası növləri üzrə daxilolmaların həcmi 2008-ci ildə 55,2% azalaraq 1 mln. manat, qeyri-həyat sığortası 25,4% artaraq 156,41 mln. manat, həmçinin icbari sığorta növləri üzrə isə 4% artaraq 21,85 mln. manat təşkil edib.
Sığorta ödənişlərində həyat sığortası növləri üzrə məcmu ödənişlərin həcmi 62,5% artaraq 0,39 mln. manat, qeyri-həyat sığortası üzrə 34,3% artaraq 38,92 mln. manat, icbari sığorta növləri üzrə ödənişlər isə 38,9% artaraq 10,50 mln. manat olub.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR