Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası aktuarilər üçün yeni kurs keçirir

Azərbaycan Sığortaçılar Assosiasiyası aktuarilər üçün yeni kurs keçirir
# 02 fevral 2009 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Maliyyə Nazirliyi ilə birgə aktuarilər üçün növbəti kurslara başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Qafar Məcidov bildirib.
Q.Məcidovun sözlərinə görə, 3 həftəlik kurslarda 30 nəfərin iştirakı nəzərdə tutulub. Ödənişli əsaslarla təşkil olunacaq kurslarda dərslər Sadıx Mansurov («Atəşgah Sığorta»), Turan Məmmədov (Bakı Dövlət Universiteti) və Tofiq Məmtiyev (Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin əməkdaşı) tərəfindən keçirilir.
Qeyd edək ki, ilk aktuari kursu ötən ilin qış aylarında Azərbaycan Maliyyə Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təşkil edilib. «Aktuar riyaziyyatın sığorta, pensiya təminatı və investisiya sahələrinə tətbiqi» mövzusunda keçirilən tədris proqramında 6 aktuari beynəlxalq standartlara uyğun sertifikata layiq görülüb.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda «Günay-Anadolu» sığorta şirkətindən başqa, qalan 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR