Bank Of Baku

Bakıda «Maliyyə böhranı dövründə problemli borcların idarə olunması» mövzusunda seminar keçiriləcək

Bakıda «Maliyyə böhranı dövründə problemli borcların idarə olunması» mövzusunda seminar keçiriləcək
# 02 fevral 2009 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi bu ilin fevral ayının 23-24-də Bakıda «Maliyyə böhranı dövründə problemli borcların idarə olunması» mövzusunda birgə seminar keçirəcək.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank təşkilatlarının nümayəndələri iştirak edəcək. İki gün davam edəcək seminarda IFC-nin mütəxəssisləri Liam MakMenamin və Qart Bedford bir sıra mühazirələrlə çıxış edəcəklər.
Seminarda maliyyə böhranının Azərbaycanın bank sisteminə təsiri, girovun, problemli borcların və kredit risklərinin idarə olunması, risklərin reytinqi və digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR