Bank Of Baku

Azərbaycan birja valyuta bazarında ötən həftə fəallıq azalıb

Azərbaycan birja valyuta bazarında ötən həftə fəallıq azalıb
# 02 fevral 2009 10:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (yanvarın 26-30-da) 3,870 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 3,6 dəfə azdır. «APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarət əməliyyatları üzrə orta göstərici) 0,8053 manatdan 0,8057 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,05% artıb.
Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,19%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,09%, nağd satış məzənnəsi isə 0,06% yüksəlib:




Göründüyü kimi, ötən həftə valyuta birja bazarında həcm göstəriciləri üzrə aşağı fəallıq, məzənnə dinamikası baxımından isə nəzərə çarpmayan dəyişiklər müşahidə olunub. Bunun səbəbləri bir sıra müxtəlif amillər ola bilər, o cümlədən valyuta birja bazarında aşağı fəallıq bankların xarici öhdəliklər üzrə ödəmələrin təmin edilməsi məqsədi ilə likvidliyin toplanması ilə diktə oluna bilər, çünki belə halda banklar həmin vəsaitləri heç bir investisiya məqsədi ilə istifadə etmir. Məzənnə dinamikasına gəldikdə isə, əvvəlki həftələrdə olduğu kimi, dollar üzrə aşağı dəyişkənlik avro üzrə yüksək dəyişkənliklə «kompensasiya» edilib. Belə ki, ötən həftə avronun məzənnəsi dollardan daha kəskin dəyişib:




Göründüyü kimi, həftənin ortalarında avronun məzənnəsi artıb, sonra isə enmə tendensiyası müşahidə olunub. Nəticədə, avronun məzənnəsinin enməsi cəmi 0,29% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR