Bank Of Baku

«Royal Bank» ötən il aktivlərini 81% artırıb

«Royal Bank» ötən il aktivlərini 81% artırıb
# 02 fevral 2009 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 101,926 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 81,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 58,6% genişlənərək 36,085 mln. manata, kredit portfeli 2,4 dəfə artaraq 78,764 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,3 dəfə artaraq 66,145 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 13,6% artaraq 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,7% artaraq 16,912 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 2,8 dəfə artaraq 17,325 mln. manat, xərcləri isə 2,9 dəfə artaraq 17,248 mln. manat olub. Nəticədə, bankın mənfəəti 31,3% azalaraq 77 min manata, xalis mənfəəti isə 30% azalaraq 61 min manata çatıb.
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 12 filial açıb, 20 bankomat və 50 POS-terminal quraşdırıb. İl ərzində bankın işçilərinin sayı 98,4% artaraq 508 nəfər, orta aylıq əmək haqqı isə 17,4% artaraq 412 manat olub.
Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın respublika üzrə 28 filialı, 3 mübadilə məntəqəsi, 27 bankomatı və 76 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR