Bank Of Baku

Ötən il Azərbaycanda hərraclarda 125-dək ASC-nin 7 mln. səhmi satılıb

Ötən il Azərbaycanda hərraclarda 125-dək ASC-nin 7 mln. səhmi satılıb
# 02 fevral 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən 2008-ci ildə keçirilən hərraclarda 125-ə yaxın səhmdar cəmiyyətinin 7 mln-a yaxın səhmi özəlləşdirilib. Keçirilən hərraclarda 5 minə yaxın vətəndaş iştirak edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Hesabat dövründə kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə əlaqədar Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda 260-a yaxın hərrac keçirilib.
Ötən il ərzində səhmdar cəmiyyətlərinin və kiçik müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivi üzvləri arasında 230-a yaxın güzəştli satış keçirilib. Bunun nəticəsində, 1 100-ə yaxın əmək kollektivi üzvü mülkiyyət və ya səhm sahibi olub.
Yanvarın 1-i tarixinə 6 229 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 4 777 filialının malik olduğu 113 801 daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınıb. İl ərzində dövlət əmlakının Registrinə 2 413 müəssisə və təşkilatlardan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında Qeydiyyat vərəqələri daxil olmuş və məlumat bazasına işlənib. Bu işlərin nəticəsi olaraq, 2008-ci il ərzində 2 700-ə yaxın müəssisə və obyektlərin texniki pasportları tərtib edilib, 4 300-ə yaxın qeyri-yaşayış sahəsinin plan-cizgiləri çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR